Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Köpdən əziyyət çəkirsinizsə, bu tövsiyələrə diqqət göstərin

Səhər TV, Səhiyyə—Mədə və bağırsaqlarda qazın toplanması nəticəsində yaranır və geniş yayılmış hallardan sayılır.

Adətən, insanlar müxtəlif növ yeməkləri yedikləri zaman mədə və bağırsaqda qazın toplanması halı ilə üzləşirlər ki, bu da diskomfort vəziyyət yaradır. Köpə qarşı dərman preparatlarından istifadə ilk seçim ola bilər. Amma, bəzi qidalanma qaydalarına riayət etməklə bu problemi önləmək olar. 

Gündəlik qida rejiminizi fibrlə zənginləşdirin

Fibr ümumilikdə sağlamlıq üçün xeyli faydalıdır və il boyu istifadə olunması tövsiyə olunur. Fibr iki qrupa bölünür: həll olunan, həll olunmayan. Həll olunmayan fibrlər əsasən çox istifadə olunmurlar və bağırsaqları fəaliyyətə təhrik edirlər. Eyni zamanda qəbzlik ilə yanaşı olan köpə qarşı faydalı sayılır. Bu növ firblər dənli bitkilərdə, kəpək ununda, badam, qoz, meyvələr və göyərtilərdə habelə, kətan toxumunda daha çox olur.

Raziyənə

Raziyənə mədə-bağırsaq problemlərini həll etmək üçün faydalı hesab olunur yaxşı olar ki, yemək arası istifadə olunsun. 1-2 qram raziyənə toxumunu gündə 3 dəfə qəbul etmək olar. Dəmləməsini də hazırlamaq olar ki, bunun üçün 1-3 qram raziyənə toxumunu qaynar suda 5-10 dəqiqə müddətinə dəmləyin və gün ərzində 3 dəfə için. Raziyənə yağından istifadə etmək istəsəniz əgər, gündəlik olaraq 0.1-06 milli qram  raziyənə yağı istifadə etmək olar.

Bəzi yeməklər və içəcəklərdən çəkinmək

Bəzi yeyəcəklər birbaşa olaraq köpə səbəb olurlar. Saqqız və qazlı içəcəklər bu qəbildəndir. Köp bağırsaqlarda qaz yığılması nəticəsində yaranır. Qazlı içəcəklər bağırsaqlarda qaz yaradaraq, köpə səbəb olur. Saqqız isə həzm sistemini boş yerə işləməyə vadar edir ki, nəticədə bağırsaqlara hava toplanır və köpə səbəb olur.

Tələsmədən yemək yeməli və onu yaxşı çeynəməli

Yemək yemək üçün ən azı 20 dəqiqə zaman sərf etmək qidalanmada ən mühüm amillərdən sayılır. Sürətlə yemək yemək və tikələri kifayət qədər çeynəməmək qarın nahiyəsində ağrılara səbəb ola bilər. Yeməyi ağızda yaxşı çeynədikdə daha rahat həzm olunur və mədəyə havanın daxil olmasına mane olur. Çalışın stressə az məruz qalasınız. Çünki, əsəbi halda yemək yedikdə həzm sistemində problemlər yaranır.

Köpə səbəb olan qida məhsullarını tanımaq

Köp bəzi qida məhsullarına qarşı dözümsüzlük üzündən də baş verə bilər. Köpə səbəb olan qidalar əsasən bunlardırlar: sarımsaq(çox miqdarda), soğan, buqda(çox miqdarda) süd, marqarin, bəzi növ pendirlər, bitki toxumları, mərci, noxud, bal, alma, manqo, armud, ərik, avokado, gilas, şaftalı, alça, göbələk. Əgər xroniki köpdən əziyyət çəkirsinizsə, bir ay müddətinə bu növ qida maddələrini qidalanma rejimindən xaric edin və sonra onların hər birini az miqdarda gündəlik qida porsionuna əlavə edin.

Qıcqırmış qida maddələrini qəbul etməkdən çəkinin

Bəzi qida maddələrinin tərkibində nişastanın miqdarı yüksək olur və köp yaranmasına səbəb olur. Kələm, brukoli kələmi, çuğundur, gül kələm, mərci, noxud və lobya bu növ qidalardan sayılırlar.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-01-22 02:00:37 | Kateqoriya: Səhiyyə | İzlənilib: 10954 | Bəyənib: 9