Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

"İsrail"in 60-dan çox hərbçisi Qəzzə müharibəsinin cinayətlərini etiraf edib

Ötən ilin yayında Qəzzə müharibəsində iştirak etmiş 60-dan çox hərbçi sioinist rejimin bu savaşdakı cinayətlərini etiraf edib. Səhər kanalının məlumatına görə, sionist hərbçilər dünən bu rejimin ötən ilin yayında Qəzzə müharibəsindəki taktikalarının qanunsuz olduğunu etiraf edərək, deyiblər ki, bu əməliyyatda sivillərin həyatlarının qorunması üçün lazımi addımlar atılmayıb
Qəzzə müharibəsində iştirak etmiş hərbi qüvvələrə, komandanlıq mərkəzlərində və hücumu idarə otaqlarında xidmət edən əsgərlərə şamil olan bu hərbçilərlə müsahibəni "sükutu sındırmaq" mənasını verən "Breaking the Sliense" adlı bir insan haqları qrupu həyata keçirib. Bu qrupun bildirdiyinə görə, müsahiblərin dörddə biri mayor rütbəsindən yuxarı olan zabitlər olub. Sionist müsahiblər qeyd ediblər ki, quru qoşunlarına göstəriş verilmişdi ki, Qəzzə daxilində hər bir şeyi "hədə" hesab etsin və atəş açmaqdan çəkinməsinlər. Bundan əlavə, İsrail tankları təsadüfi olaraq və binalaın hərbi-qanuni mövqelər və ya mülkilərin yaşadıqları məkan olduğunu bilmədən onlara tərəf atəş açır və onları dağıdırdılar.
Sionist rejimin Qəzzəyə qarşı ötənilki hərbi təcavüzündə 500 uşaq daxil olmaqla 2500-dən çox sivil öz həyatını itirdi.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-05 13:02:28 | Kateqoriya: Fələstin | İzlənilib: 182 | Bəyənib: 0