Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İraqlı qüvvələr Bici neftayırma zavoduna daxil olublar

İraqlı rəsmilər bu ölkənin təhlükəsizlik qüvvələrinin Bici neftayırma zavoduna daxil olmalarından xəbər veriblər. Səhər kanalının BBC-yə istinadlı məlumatına görə, Tikritin şimalında Bici neftayırma zavodu ərazisində iraqlı qüvvələrlə İŞİD terrorçuları arasında döyüşlər davam edir.
İraqlı qüvvələr xalq qüvvələrinin köməyi ilə Bici neftayırma zavodunda mühasirədə olan 300 əsgəri azad edə biliblər.
Həmçinin İraqın müştərək əməliyyat üzrə sözçüsü Səəd Məən bildirib ki, təhlükəsizlik qüvvələri neftayırma zavoduna çıxan yolu tam təmizləyib, terrorçu ünsürlərə möhkəm zərbə vurduqdan sonra neftayırma zavoduna daxil olublar. İraqlı qüvvələrin İŞİD-in mövqelərinə qarşı hücum və atəşləri davam etməkdədir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 11:28:32 | Kateqoriya: Dünya | İzlənilib: 219 | Bəyənib: 0