Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İraqçı: Yekun anlaşma sənədinin hazırlanması prosesi çox yavaşdır

İranın baş nüvə müzakirəçisi yekun nüvə anlaşma sənədinin ilkin mətninin hazırlanması prosesinin çox yavaş olduğunu bildirib. İRNA-nın məlumatına görə, Seyid Abbas İraqçı cümə günü Vyanada deyib: Məsələlərin son dərəcə geniş və mürəkkəb olmasına görə, yekun anlaşma sənədinin ilkin mətninin hazırlanması prosesi çox yavaş irəliləyişə malikdir.
İraqçı əlavə edib: ötən 3 gün ərzində yekun anlaşma sənədi və ona əlavələrin ilkin mətninin hazırlanması prosesi paralel olaraq sanksiyalar və nüvə fəaliyyətləri mövzuları üzrə davam etdirilib.
İranın xarici işlər nazirinin müavini əlavə edib: yekun anlaşma sənədinin ilkin mətninin hazırlanması üzrə müzakirələr gələn həftənin çərşənbə axşamı günündən Vyanada davam etdiriləcək.
Ötən çərşənbə günündən başlanan bu dövrkü nüvə müzakirələri bu gün günortadan sonra başa çatıb. İran və 5+1 qrupu 8 gün davam edən sıx və gərgin müzakirələrin ardınca aprelin 2-də İsveçrənin Lozanna şəhərində yekun anlaşmanın formatı barədə razılığa gəldilər. Tərəflər yekun anlaşmanın əldə edilməsi üçün 30 iyun tarixinə kimi fürsətə malikdirlər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 19:09:17 | Kateqoriya: İran | İzlənilib: 257 | Bəyənib: 0