Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranlı tədqiqatçılar eşitmə ilbizi istehsalında uğur qazanıblar

Səhər TV, xəbərlər- Əmir Kəbir Sənaye Universitetinin Texniki-Tibbi Fakültəsinin dekanı bu fakültə tədqiqatçılarının eşitmə ilbizinin istehsalı və onun beynəlxalq səviyyədəki inhisarının sındırılmasından xəbər verib.


IRNA-nın məlumatına görə, doktor Fərzad Tohidxah deyib: Əmir Kəbir Sənaye Universitetinin Texniki-Tibbi Fakültəsinin müəllim və tədqiqatçılarının eşitmə qabiliyyəti olmayan və ya zəif olan şəxslər üçün eşitmə ilbizinin istehsalı və implantasiyası sahəsindəki səyləri öz səmərəsini verib. O, əlavə edib: İndiyədək eşitmə ilbizinin istehsalı kanadalı və avstriyalı şirkətlərin və az sayda inkişaf etmiş ölkələrin inhisarında idi ki, böyük xərclə istəyənlərə təqdim olunurdu.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-11-23 09:57:53 | Kateqoriya: Səhiyyə | İzlənilib: 441 | Bəyənib: 0