Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranlı tədqiqatçı 2014-ci ildə İslam Dünyasının elm və texnologiya mükafatını qazanıb

Səhər TV, xəbərlər- ISESCO-nun elm və texnologiya üzrə 2014-cü il üçün mükafatı islami ölkələrin elm və tədqiqat nazirlərinin 7-ci iclasının keçirilməsi ilə bir zamanda İranın Milli Genetika Mühəndisliyi və Biotexnologiya Tədqiqat Mərkəzinin elmi heyətinin üzvü Məsud Huşməndə təqdim olunacaq.


Doktor Məsud Huşmənd Milli Genetika Mühəndisliyi və Biotexnologiya Tədqiqat Mərkəzinin tədqiqatçılarının həmkarlığı ilə nadir xəstəlik üzrə 300-dən yuxarı genetiki diaqnoz üsullarını təqdim etməyə müvəffəq olub.
İslami ölkələrin ali təhsil və elmi-tədqiqat nazirlərinin 7-ci iclası dekabrın 18 və 19-da Mərakeşdə keçiriləcək.
İran tələbələrinin xəbər agentliyi- ISNA-nın məlumatına görə, ISESCO-nun direktoru Vəfa Əlaləmi bu uğuru qazanmasına görə təbrik deyərək, doktor Huşməndi Mərakeşin paytaxtı Rabatda yerləşən ISESCO-nun qərargahında keçiriləcək və təşəkkür lövhəsi, qızıl medal və nağd mükafata şamil olan mükafatların təqdimat mərasimində işitiraka dəvət edib.
ISESCO(Islamic Educational Scientific and Cultural Organization) 1979-cu ildə təsis olunmuş IƏT-in tabeliyində olan bir islami, təhsil, elmi və mədəni təşkilatdır. Onun qərargahı Mərakeşin paytaxtı Rabatda yerləşir. İran daxil olmaqla 57 islami ölkə bu təşkilatın üzvüdür.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-11-30 13:22:08 | Kateqoriya: Səhiyyə | İzlənilib: 410 | Bəyənib: 0