Şənbə 17 Noyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranlı qadın beynəlxalq mükafata layiq görüldü

Səhər TV, xəbərlər—ABŞ-ın Stenford Universitetinin müəllimi Məryəm Mirzəxani ABŞ Riyaziyyat Cəmiyyəti Satter Prize 2013 mükafatına layiq görülüb.

Səhər telekanalı internet portalının məlumatına görə, 2005-ci ildə 30 yaşdan aşağı olduğu halda ABŞ-ın Prinston Universitetində tədris edən Mirzəxani Popular Science elmi nəşriyyatı tərəfindən Şimali Amerikanın 10 savadlı şəxsindən biri kimi təqdim olunub.

İSNA-nın məlumatına görə, bu mükafatla ABŞ Riyaziyyat Cəmiyyəti hər iki ildə bir dəfə riyaziyyatda önəmli nailiyyəti olan qadınları təltif edir.

Magistratura və doktorantura dərəcələrini Harvard Universitetində alan Məryəm Mirzəxani İranın elmi olimpiyada iştirak etmiş istedadlı məktəblilərindən olub.

O 1995-ci ildə Beynəlxalq Riyaziyyat Olimpiyada qızıl medalı qazanmaqdan əlavə yüksək xal toplayan şəxs kimi dünyanın 1-ci adamı tanınıb.

Riyaziyyat üzrə bu istedadlı məktəbli universitet təhsilini riyaziyyat fakültəsində Sənət Şərif Universitetində davam etdirib.

Məryəm Mirzəxaninin seçilməsinin səbəbi həndəsi əyri xətlərin həcmlərinin hesablanması barəsindəki fəaliyyətlərinə görə olub. Ümumi Riyaziyyat İnstitutundan Ceyms Karlson onun barəsində deyib: Mirzəxani yeni əlaqələrin tapılmasında misilsizdir. O tez bir zamanda sadə bir misaldan dərin nəzəriyyənin tam səbəbini əldə edə bilir.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2013-01-16 16:17:07 | Kateqoriya: İran | İzlənilib: 653 | Bəyənib: 0