Çərşənbə 20 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranlı həkimlərin göz əzələsinin bərpası əməliyyatında uğuru

İranlı həkimlər özünəməxsus bir əməliyyatda göz əzələsinin bərpasında yeni üsul ixtira etməyə müvəffəq olublar. İranın Şiraz şəhərində iranlı göz həkimləri özünəməxsus bir əməliyyatda göz əzələsinin bərpasında yeni üsul ixtira etməyə müvəffəq olublar.
IRIB-nin məlumatına görə, Şirazın Postçi Oftalmologiya Tədqiqat Mərkəzinin direktoru deyib: Dünyada ilk dəfə olaraq beyin ölümü ilə üzləşmiş şəxsin ayağının toxuması Şirazda xəstələrin göz əzələlərinin bərpası üçün peyvənd vurulub. Onun sözlərinə görə, bu əməliyyatın uğurla həyata keçirilməsi ilə gözün şaquli yayınmasına mübtəla olmuş xəstələrin müalicəsində yeni metod dünyaya təqdim olunub. O, qeyd edib ki, gözün şaquli yayınmasına mübtəla olmuş şəxslərdə gözün üst çəpəki əzələsi çox fəaliyyət göstərib və nəticədə onlar aşağı baxmaq, yazmaq və oxumaq üçün problemlə üzləşirlər. Bu əzələnin işini azaltmaq üçün cərrahiyyə üsulundan istifadə edilir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-01 18:44:03 | Kateqoriya: Səhiyyə | İzlənilib: 314 | Bəyənib: 0