Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranda xaricilərə böyrək satışı qadağasının səbəbi

Səhər TV, xəbərlər-- İran Səhiyyə Sistemi Təşkilatının sədri doktor Əlirza Zali bildirib ki, iranlı böyrək xəstələri arasında ehtiyacın olmasına görə, İranda xarici şəxslərə böyrək satışı qadağan edilib və digər ölkələrin vətəndaşları sırf olaraq, öz ölkələrinin bir vətəndaşını gətirməklə İran xəstəxanalarında böyrək köçürülməsi xidmətlərindən yararlana bilərlər.
İran Səhiyyə Sistemi Təşkilatının sədri söyləyib: Evə rəva olan işıq məscidə haramdır. Ölkədə böyrək növbəsində duran şəxslərin sayının nəzərəçarpacaq dərəcədə olmasına və bu barədə bizim milli ehtiyacımızın olduğuna görə, xarici şəxslərə bədən üzvünün köçürülməsindən söhbət belə gedə bilməz.
O, bəzi Bakı mediaları tərəfindən İran müalicə sistemi əleyhinə irəli sürülən iddiaların rədd olunması istiqamətində əlavə edib: Bədən üzvlərinin köçürülməsi sahəsində qanunsuz hərəkətlərin qarşısını almaq məqsədi ilə İran Səhiyyə Nazirliyi, əsası xalq tərəfindən qoyulmuş bir təşkilat olan İran Bədən Üzvlərinin Köçürülməsi Cəmiyyətinin razılığı ilə qərara alıb ki, köçürmə şəraitini qaydasına salmaq və işlərin qanuni və əxlaqi məcraya qayıtması məqsədilə mövcud qanun yenidən nəzərdən keçirilsin. Bu məqsədlə Səhiyyə Nazirliyi, Səhiyyə Sistemi Təşkilatı və İran Bədən Üzvlərinin Köçürülməsi Cəmiyyətinin birgə təklifi ilə xaricilərə böyrək satışı və köçürülməsi müvəqqəti olaraq, qadağan edilib.
Zali deyib: Əlbəttə, hal-hazırda da böyrəyə və digər bağışlanan bədən üzvlərinə ehtiyaclı olan xarici xəstələr köçürmə əməliyyatını həyata keçirmək üçün öz həmyerlilərindən birini İrana gətirə bilər, amma özlərinə bədən üzvlərinin köçürülməsi üçün İran vətədaşlarından istifadə edə bilməzlər.
Doktor Zali Azərbaycan Respublikası medialarının İranın müalicə sistemi əleyhinə olan mənfi təbliğatlarını rədd edərək, deyib: Xoşbəxtlikdən, son illərdə ölkənin səhiyyə durumu heyrətləndirici tərzdə inkişaf edibdir. Hal-hazırda əsas hüceyrələr, bədən üzvlərinin köçürülməsi, biotexnologiya, nanotexnologiya, ürək-damar sistemində cərrahiyyə metodları, stomatologiya üzrə modern üslublar, onurğa sütunun cərrahiyyə üsulları, qısırlılığın müalicəsi və İran oftalmologiyası Şərqi Aralıq Dənizi məntəqəsində bir avanqard kimi bütün ölkələrdən öndə gedir və ölkədə ildə 2,5 milyon sağlamlıq turistini qəbul etmək imkanına malikik. 


 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-11-19 09:24:01 | Kateqoriya: Səhiyyə | İzlənilib: 352 | Bəyənib: 0