Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranda anti-mikrob parça istehsal edilib

Səhər TV, xəbərlər- İranın Əmir Kəbir Sənaye Universitetinin tədqiqatçıları nanometrik qatlar yerləşdirməklə ilkin yumşaqlıq və boyanın özəlliklərinin qorunması ilə bir növ anti-mikrob parça istehsal etməyə müvəffəq olublar.
Layihənin tədqiqatçısı Anahita Ruhani İRİB müxbiri ilə müsahibədə xəstələrə və xəstəlik təhlükəsi ilə üzləşən şəxslərin, xidmət və müalicə mərkəzlərində mikroba qarşı parçalardan istifadəsinə geniş ehtiyacın yaranmasına toxunaraq, deyib ki, anti-mikrob liflərin istehsalı sahəsindəki problemlərdən biri parçanın yumşaqlığı və rənginin qorunub saxlanılması olub.
O, söyləyib: Bu layihədə bioloji polimer olan "kitusan"dan müsbət yüklü polielektrolit, həmçinin tripolifosfatdan mənfi yüklü polielektrolit kimi istifadə olunub. Beləliklə öncə hər iki maddədən məhlullar əldə olundu, sonra isə parça ardıcıl formada məhlulların hər birində yerləşdirildi.
O, sonra deyib: Bu tədqiqatda diqqət çəkən cəhət, "kitusan"dan bioloji polimer və anti-mikrob amil kimi istifadədir və o, digər anti-mikrob amillərlə müqayisədə ətraf mühitə uyuşan və ekologiyanın dostudur. Bu polimer heç bir vəchlə zəhərli deyil. Eyni zamanda araşdırmalar bu cür parçanın 99,8%-lik anti-mikrob xüsusiyyətini göstərir.
Bu təkmilləşdirilmiş parça tibb və sanitariya sahələrində, o cümlədən anti-mikrob xüsusiyyətli cərrahiyyə əməliyyatları otağı geyimlərinin əldə olunması, yara örtükləri istehsalı və sanitariya yastıqlarının əldə olunmasında istifadə oluna bilər. 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-02 14:58:17 | Kateqoriya: Səhiyyə | İzlənilib: 380 | Bəyənib: 0