Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranda 5000 sümük iliyi peyvəndi

Səhər TV, xəbərlər- İranda 5000 sümük iliyi peyvəndi uğurla həyata keçirilib.
İranda sümük iliyi peyvəndi 25 illik keçmişə malikdir. Ötən illərdə İran sümük iliyi peyvəndində dünyada birinci yerdə gedirdi. Bu uğurların davam etməsi region və dünyada misli az görünmüş bir rekord sayılır.
İranın çətin sağalan xəstəliklərin müalicəsindəki uğurları tamamilə beynəlxalq standartlara uyuşur və əsas hüceyrələr vasitəsi ilə həyata keçirilir. Belə ki, bu məsələ digər Avropa və Amerika ölkələrini heyrətləndirib və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təsdiq olunubdur.
Son illərdə İranın hüceyrə müalicəsində daha çox inkişaf üzrə geniş tədqiqatları İran İslam Respublikasının münasib müalicəyə malik olmayan bir çox xəstəliyin müalicəsində diqqətəlayiq uğurlara nail olmasına səbəb olub, belə ki, hazırda bəzi müalicələrdə İran region ölkələrindən öndə gedir.   
Hüceyrə müalicəsi gənc elm olmasına rəğmən, bir çox xəstəliklərin müalicəsində xüsusi istifadəyə malikdir, belə ki, hazırda bu üsulla konkret müalicə üsulları olmayan nevroloji xəstəliklər, diabet, qara ciyər xəstəlikləri, bəzi ürək xəstəliklərini müalicə etmək olar.
Hazırkı şəraitdə mütəxəssis iranlı həkimlər digər ölkələrə səfər və onların sanitariya sahəsindəki ehtiyaclarını təmin edirlər. Həmçinin digər ölkələrdən xəstələr müalicə turizmi adı altında İrana gəlir və ən yüksək səviyyələrdə müalicə xidmətləri alırlar.

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-04 14:17:17 | Kateqoriya: Səhiyyə | İzlənilib: 764 | Bəyənib: 0