Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranda 100 nüvə tibb mərkəzi fəaliyyət göstərir

SəhərTV,Xəbərlər—Tehranın Şəhid Beheşti Universitetinin Tibbi İnstitutunun nüvə fizikası üzrə müəllimi Dr.Rza Ağamiri 1988-ci ildə İranda yalnız 6 nüvə tibb mərkəzinin fəaliyyət göstərdiyini yada salaraq, hazırda İranda nüvə tibb mərkəzlərinin sayının 100-ə çatdığını bildirib.
Dr.Rza Ağamiri 16 Azər(7 Dekabr) İranda “Tələbə Günü” münasibətilə təşkil edilmiş mərasimdə deyib: nüvə texnologiyası bütün sahələrdə, o cümlədən tibb və kənd təsərrüfatı sahələrində istifadəyə malikdir. Misal üçün, Amerikada elektrik enerjisi istehsalının 25%-i nüvə enerjisi  hesabına təmin olunur. Fransada isə bu rəqəm 80%-dir.
Şəhid Beheşti Universitetinin Tibb İnstitutunun nüvə fizikası üzrə müəllimi həmçinin deyib: nüvə texnologiyası digər texnologiyalar kimidir. Lakin, bu texnologiyaya yiyələnmək güclü elmi bazaya və mürəkkəb infrastrukturlara ehtiyaclıdır.
Dr.Rza Ağamiri düşmənlərin İranın bu texnologiyaya yiyələnməsini istəmədiklərini deyərək, vurğulayıb: Nüvə qüdrəti hər bir ölkə üçün önləyici qüdrət anlamına gəlir. Nüvə texnologiyasına malik olan hər bir ölkə regionda böyük bir qüdrətə çevrilə bilər.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-12-08 15:30:54 | Kateqoriya: Səhiyyə | İzlənilib: 328 | Bəyənib: 0