Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran-Altılıq müzakirələrinin 4-cü dövrü başa çatıb

İran ilə 5+1 arasında nüvə müzakirələrinin 4-cü dövrü dünən axşam başa çatıb. Səhər kanalının məlumatına görə, əhatəli nüvə razılaşmasının ilkin mətninin yazılışının davam etdirilməsi məqsədilə çərşənbə günü Vyanada başlanmış müzakirələrin dördüncü dövrü dünən axşam başa çatıb.
İranın nüvə komandasına yaxın etibarlı mənbələr müzakirələrin bu dövrünü çox yavaş irəliləyişlərlə dəyərləndiriblər ki, əlbəttə, deyilənlərə görə, qaranlıq cəhətlərin sayı azalıbdır və düşündürücü fərqlər də nəzərə çarpır.
Müzakirələr elə bir halda başa çatıbdır ki, iclaslar barədə yayılmış xəbərlərin həcmi xeyli miqdarda azalıbdır. Bu dövrdə İranın xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi və altılığın nümayəndəsi sayılan Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidt iştirak ediblər. Həmçinin çərşənbə günündən Vyanada ekspertlər səviyyəsində iclaslar keçirilibdir.
İran ilə 5+1 arasında nüvə müzakirələrinin növbəti dövrü çərşənbə axşamı günü Vyanada keçiriləcək.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 07:28:40 | Kateqoriya: İran | İzlənilib: 241 | Bəyənib: 0