Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran və İraq arasında səhiyyə anlaşması

Səhər TV, xəbərlər—İran və İraq arasında səhiyyə anlaşmasına əsasən, iki ölkə dərman, tibbi təchizat və ərzaq təhlükəsizliyi, səhiyyə turizmi, tibbi araşdırma və təlim və səhiyyə nəzarətləri üzrə əməkdaşlıq edəcəklər.

Tibbi təchizat və dərman preparatlarının göndərilməsi, ərzaq təhlükəsizliyi üzrə əməkdaşlıq, səhiyyə turizmi, xəstəxana və səhiyyə xidmətləri, tibbi araşdırma və təhsil, səhiyyə nəzarətləri və sağlam cəmiyyət bu anlaşmanın maddələrindəndir.

İraqın səhiyyə naziri doktor Ədilə Həmud Həsən İranın səhiyyə nazirinin dəvətini alqışlayaraq və iki ölkənin səhiyyə sahəsindəki müştərək əməkdaşlıqlarının genişləndirilməsi üçün hər iki tərəfin iradəsini vurğulayaraq ümidvarlıq edib ki, yaxın gələcəkdə dərman, təchizat və tibbi imkanlar sahəsində müştərək əməkdaşlıqların şahidi olacağıq.

İranda ali tibbi təhsil Səhiyyə Nazirliyinin nəzarəti ilə ölkənin 50 dövlət tibb universitetində tədris olunur.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-07 11:17:25 | Kateqoriya: Səhiyyə | İzlənilib: 289 | Bəyənib: 0