Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran və 5+1 qrupu arasındakı müzakirələrin 3-cü turu da başa çatdı

İran və 5+1 qrupu arasında ekspertlər və müavinlər səviyyəsində Vyanada davam edən müzakirələrin 3-cü turu cümə axşamı başa çatıb. Beynəlxalq Səhər Kanalının məlumatına görə, İranın xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi ilə 5+1 qrupunu təmsil edən Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmit arasında Müştərək Addım Proqramı çərçivəsində baş tutan müzakirələrin 3-cü turu dünən başa çatıb.
Müzakirələrin başa çatmasından sonra, müzakirə heyətləri daxili məsləhətləşmələrə başlayıblar. Cümə günü başa çatacaq hazırkı dövr nüvə müzakirələrində 5+1 qrupuna üzvə ölkələrin xarici işlər nazirləri müavinləri iştirak edirlər.
İran və 5+1 qrupu 8 gün davam edən sıx müzakirələrin ardınca ötən aprel ayının 2-də İsveçrənin Lozanna şəhərində yekun anlaşmanın ilkin formatı barədə razılığa gəldilər. Tərəflər nüvə müzakirələrində yekun anlaşmaya nail olmaq üçün 30 iyun 2015-ci il tarixinə kimi fürsətə malikdirlər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 10:17:04 | Kateqoriya: İran | İzlənilib: 289 | Bəyənib: 0