Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran və 5+1 qrupu arasında müzakirələrin 4-cü turu start götürdü

İran və 5+1 qrupu arasında yekun nüvə anlaşmasının mətninin hazırlanması üzrə xarici işlər nazirləri müavinləri və ekspertlər səviyyəsində aparılan müzakirələrin 4-cü turu bu gün cümə yerli vaxtla günortadan sonra Vyanada, Kuborg otelində start götürüb. Beynəlxalq Səhər Kanalının məlumatına görə, bu iclasda İranın xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi və 5+1 qrupunu təmslil edən Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidt iştirak edirlər.
Müzakirələrə yaxın qaynaqdan əldə olunan məlumata görə, bu iclas anlaşma mətninin yenidən nəzərdən keçirilməsi və bütün məsələlər, o cümlədən nüvə fəaliyyətləri və sanksiyaların ləğvi məsələləri barədə ixtilafların azaldılması məqsədini daşıyır.
Bu mənbənin dediyinə görə, ötən 20 ayda aparılan müzakirələr artıq kağız üzərinə köçürülməkdədir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 17:38:43 | Kateqoriya: Dünya | İzlənilib: 210 | Bəyənib: 0