Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran Tibb Cəmiyyəti Bəsici kadrı bir neçə ölkəyə göndərilib

Səhər TV, xəbərlər- İran Tibb Cəmiyyəti Bəsici Təşkilatının beynəlxalq məsələlər üzrə sədr müavini ehtiyaclılara xidmət göstərmək üçün bu təşkilatın üzvlərinin Afrika ölkələri də daxil olmaqla dünyanın səkkiz ölkəsinə göndərilmələrindən xəbər verib.


Doktor çinigərzadə İranın Teleradio Təşkilatının müxbiri ilə müsahibədə deyib: Son illərdə ehtiyaclı ölkələrə tibb qruplarının göndərilməsi iş gündəmində durubdur ki, indiyədək bu qruplar Keniya, Qana, Efiopiya və Somali kimi ölkələrə göndəriliblər.
O, sonra deyib: Somalidəki qıtlıq və Pakistandakı sel daxil olmaqla müxtəlif ölkələrdə təbii fəlakətlər və hadisələrdə zərər çəkənlərə səhiyyə və müalicə xidmətlərinin göstərilməsi İran Tibb Cəmiyyəti Bəsici Təşkilatının beynəlxalq sahədə atdığı addımlardandır.
İran Tibb Cəmiyyəti Bəsici Təşkilatının beynəlxalq məsələlər üzrə sədr müavini İranın tibb kadrının ölkə xaricində iştirakını iranlıların dünya xalqlarına sülh, dostluq və məhəbbət müraciəti adlandırıb.

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-12-05 10:00:51 | Kateqoriya: Səhiyyə | İzlənilib: 325 | Bəyənib: 0