Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran səfiri Binəqədidəki yanğınla bağlı zərərçəkənlərin yaxınlarına başsağlığı verdi

İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Bakının Binəqədi rayonunda yanğın hadisəsində həlak olanların yaxınlarına ünvanladığı müraciətdə bir neçə azərbaycanlının həlak olması ilə bağlı başsağlığı verib. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran səfiri bir neçə Azərbaycan vətəndaşının həlak olması və yaralanması ilə nəticələnən Bakının Binəqədi rayonunda yaşayış binalarından birində yanğın hadisəsini üzücü adlandırıb.
Möhsün Pakayin bu acı hadisə ilə bağlı başsağlığı verərək dost və qardaş Azərbaycan xalqı, xüsusilə də hadisədə həlak olanların yaxınlarına Allah-taaladan səbir diləyib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 15:22:59 | Kateqoriya: Azərbaycan | İzlənilib: 224 | Bəyənib: 0