Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran ordusunun raket manevri keçirilib

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının raket manevri Kaşanın Mərəncab məntəqəsində uğurla keçirilib və raketlər öncədən təyin olunmuş hədəflərə dəyiblər. Səhər kanalının məlumatına görə, İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı bildirib ki, ölkə alimlərinin səylərinin nəticəsi olan ordunun quru qoşunları pilotsuzlarının bu manevrində M-6, M-10 və Fəcr raketləri atılıbdır.
General-mayor Əhmədrza Purdəstan əlavə edib: Ordunun quru qoşunlarının raket imkanları yüksəlib və Beytulmüqəddəs manevrində bu raketləri sınaqdan keçirməyə çalışırıq.
O, sonra deyib: Bu manevrin yekun mərhələsi də ordunun quru qoşunlarının bütün bölmələrinin iştirakı ilə İsfahanda keçiriləcək.
Beytulmüqəddəs-27 manevri mayın 21-dən başlanıb və mayın 27-dək davam edəcək.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 09:33:04 | Kateqoriya: İran | İzlənilib: 230 | Bəyənib: 0