Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran nevrologiya üzrə dünyada ən öncül ölkəyə çevrilib

SəhərTV,Xəbərlər – İranın "Əsas və Kliniki Nevrologiya Konqresi"nin rəisi İran İslam respublikasının nevrologiya sahəsində elmi inkişaf baxımından dünyanın lider ölkələrindən birinə çevrildiyini bildirib.


Fars Xəbər Agentliyinin məlumatına görə, Məhəmməd Təqi Cığatayi 3-cü Əsas və Kliniki Nevrologiya Konqresinin açılış mərasimində İranda tibb sahəsində yazılan məqalələrin dörddə birinin nevrologiya sahəsində olduğunu bildirərək, deyib: İran nevrologiya sahəsində elmi istehsalın 100%-lik artımının ardınca dünyada nevrologiya sahəsində elmin istehsalında öncül ölkəyə çevrilib.
Cığatayi daha sonra deyib: 2004-2012-ci illər ərzində İran , Çin və Cənubi Koreya bu sahədə ən yüksək inkişaf göstəricisinə malik olublar.
İranın Rifah və Reabilitasiya Universitetinin dekanı həmçinin deyib: İran hal-hazırda nevrologiya sahəsində elmi fəaliyyət baxımından Türkiyə ilə bərabər dünya ölkələri arasında 23-cü pillədə durur.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-10-30 14:58:24 | Kateqoriya: Səhiyyə | İzlənilib: 391 | Bəyənib: 0