Çərşənbə 20 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran Hels sərgisi

18-ci İran Hels beynəlxalq sərgisi 550 daxili və xarici tibb təchizatı şirkətinin iştirakı ilə Tehranda işə başlayıb ki, onların 70%-i istehsalçı, 30%-i isə idxalçıdır. İran Hels sərgisi hər il çoxlu sayda daxili və xarici şirkətin iştirakı ilə keçirilən regionda sağlamlıq xidmətləri, dərman, laboratoriya, stamotologiya və tibb təchizatları sahəsində ikinci böyük hadisə kimi çox böyük fürsət sayılır ki, bu sahədə fəaliyyət göstərən şirkətlər öz nailiyyət və məhsullarını nümayiş etdirsin və bazarın tələbatını və bu sənayenin inkişaf istiqamətini nəzərə alaraq, özlərinin gələcək fəaliyyətlərini yönləndirsinlər.
18-ci İran Hels beynəlxalq sərgisi 550 daxili və xarici tibb təchizatı şirkətinin iştirakı ilə Tehranda işə başlayıb ki, onların 70%-i istehsalçı, 30%-i isə idxalçıdır. Bu şirkətlər Almaniya, Danimarka, Portuqaliya, Ukrayna, Rusiya, İsveç, İsveçrə, İspaniya, Braziliya, Kanada, Honq-Konq, Hindistan, Cənubi Koreya, Tayvan, Türkiyə, Çin və Avstriyanı təmsil edirlər.
Ölkənin sağlamlıq sahəsinin qabiliyyətlərinin nümayiş etdirilməsi, dünyanın müasir və daxili texnologiyalarının təqdimatı, müalicə turizminin inkişaf etdirilməsi, istedadlar, iş sahibləri və istehsalçıların dəstəklənməsi və müxtəlif şirkətlərlə daha yaxşı əlaqələrin qurulması üçün fürsətin yaradılması səginin hədəflərindəndir.
18-ci İran Hels beynəlxalq sərgisində pavilyon sahiblərinə 20 min kvadratmetrdən çox bir ərazi ayrılıbdır ki, ötən illə müqayisədə təqribən 30%-lik mühit artımı var.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-18 12:57:02 | Kateqoriya: Səhiyyə | İzlənilib: 261 | Bəyənib: 0