Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İrəvanda “soyqırım” dedi, Bakıda “işğal” demədi...

Fransa prezidenti mifik soyqırımın 100 illiyində Ermənistana və Azərbaycana səfər elədi. Fransua Olland İrəvanda soyqırım sözünü işlətdi, lakin Bakıda heç işğaldan belə danışmadı. Yeni Musavat saytı bir təhlildə yazır ki, Mifik erməni soyqırımın 100 illiyində İrəvana cəmi 4 dövlətin prezidenti təşrif apardı. Rusiya, Fransa, Serbiya və yunan Kipri.
Bunlardan Qarabağ məsələsində vasitəçilik edən Rusiya və Fransa Minsk Qrupunun üç həmsədrindən ikisi idi. Hər iki ölkənin başçısı Ermənistanda soyqırım sözünü işlətdi. 24 aprel yubileyində Putin İrəvanda “genosid” sözünü dilə gətirdi.
Fransa prezidenti Fransua Olland da İrəvanda çıxış edərək bir daha “soyqırım” dedi. Serj Sərkisyan isə Ollandı İrəvanda “həmişə arzulanan qonaq” adlandırıb Ermənistanın Fransa ilə “xüsusi əlaqələrə malik olmasından” qürur duyduğunu bildirdi.
Bu arada Türkiyə Xarici İşlər Nazirliyi Fransa və Rusiya prezidentlərinin çıxışlarını qınayan bəyanat verdi. Maraqlıdır ki, bu bəyanat Olland Bakıda olarkən yayıldı.
İrəvandan sonra Fransa prezidenti Bakıya təşrif buyurdu. Onun Azərbaycan prezidenti İlham Əliyevlə ertəsi gün keçirdiyi görüşlə bağlı açıqlamada deyilirdi ki, dövlət başçıları təkbətək təmasda olublar.
“Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidentinin münaqişənin həlli yönündə göstərdiyi fəallıqdan məmnunluğunu ifadə edib.
Məsələ ondadır ki, İrəvanda rahatca “soyqırım” adlandıran Fransa lideri Bakıda real işğal faktını - Ermənistanın Azərbaycan ərazilərini on illərdir işğal altında saxlaması gerçəyini dilə gətirmədi. “İşğal”, “işğalçı” ifadələrinin heç yanından da keçmədi. Olland İrəvanda “soyqırım” bəyan elədi, Bakıda “işğal” demədi. Bunu onun dilindən heç kim eşitmədi. O zaman Qarabağ məsələsində necə neytral münsifliyə iddia eləmək olar görəsən?


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-27 09:28:24 | Kateqoriya: Qarabağ | İzlənilib: 315 | Bəyənib: 0