Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İnfarkt və ürək xəstəliklərinin iranlı alimlərin nano-pilotsuzları ilə müalicəsi

Amerikanın "Briqham" qadın xəstəxanasının iranlı alimləri və əməkdaşları damar çatışmazlıqları problemini aşkar və həll edən lokatora düşməyən pilotsuzlar layihələşdiriblər. Bu pilotsuzlar gələcəkdə ürək-damar xəstəlikləri və infarkt üçün müalicə vasitəsi ola bilər. İSNA-nın məlumatına görə, Amerikanın Briqham Qadın Xəstəxanasının nano-tibb laboratoriyasının müdiri və bu araşdırmanın müəlliflərindən olan Dr. Ümid Fərruxzad əməkdaşları Nazila Kəmali və digərləri ilə birlikdə hazırda bu nano-zərrəciklərdən istifadə edərək, siçanlar üzərində uğurlu sınaqlar həyata keçiriblər. Onlar, tezliklə insanlar üzərində də sınaqlara başlaya biləcəklərinə ümidvardırlar. Plasitkə oxşar maddədən hazırlanan bu zərrəciklərin hər biri insan tükünün ucundan 1000 dəfə kiçikdir. Bu nano-zərrəciklər damarlarda yaranan aterosklerozların üzərinə qonur. Aterosklerozlar əsasən yağ, xollestrol və kalsium çöküntülərindən əmələ gələn sərt formaya malikdir. Aterosklerozlar hər an damarda tıxanıqlığa, qırılmaya və ya qanda laxtalanmaya səbəb ola bilərlər. Dr. Fərruxzad ümidvarlıq edib ki, o və əməkdaşları heyvanlar üzərində daha artıq sınaq əməliyyatları həyata keçirməklə, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün etibarlı bir müalicə metodu əldə etsinlər. Onun dediyinə görə, hazırda tibb sahəsi çox həyəcanlı bir dövrü təcrübə edir və nano-tibbin gələcəyi çox parlaqdır. Bu nano-zərrəciklər parçalanan təbii polimerdən hazırlanır və zaman keçdikcə bədəndə əriyir. Bu araşdırmaların nəticəsi "Therapeutic areas including wound repair" adlı jurnalda nəşr olunub.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-21 12:49:20 | Kateqoriya: Səhiyyə | İzlənilib: 248 | Bəyənib: 0