Şənbə 17 Noyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Hacı Əlikram Əliyev kimdir?

Səhər TV-Azərbaycanda İslami oyanış hərəkatının banisi Hacı Əlikram Əliyev bu gün yaşlı və xəstə olması səbəbi ilə vəfat edib. Qafqaz və Azərbaycan Respublikasında islamçı mücahidlərin rəhbəri kimi tanınan Hacı Əlikram İsmayıl oğlu Əliyev 1940-cı ildə Bakının 25 kilometrliyində yerləşən Nardaran qəsəbəsində dindar ailədə dünyaya göz açmışdı. O, universitet təhsilini Bakıda Bədən Tərbiyəsi fakültəsində alıb. Dinə və şiəliyə olan marağı hələ gənc yaşlarından onun, kommunistlərin istəklərinə təslim olmaqdan imtina etməsinə səbəb olur. 1974-cü ildə Bakıda təhsil alan yəmənli bir tələbə vasitəsi ilə İmam Xomeyni(r.ə)-in adı və mübarizəsi ilə tanış olur. İslam İnqilabının qələbə çaldığı ilk günlərdə Təbriz radiosu vasitəsi ilə İmamın çıxışını dinləyir və Moskva televiziyası ilə İmamın Tehrana daxil olmasını izləyir. Elə o zaman öz təqlid mərcəini dəyişərək, İmam Xomeynir(r.ə)-ə təqlid etməyə başlayır. Hacı Əlikram İmam Xomeyni(r.ə)-in həyatda olduğu zaman İrana gəlmək və o həzrət ilə görüşmək üçün ciddi səylər həyata keçirsə də, ona belə bir icazə verilmir. Hətta 8 il müddətinə Azərbaycan Respublikasının cənub bölgələrinə və İran sərhədlərinə yaxınlaşması qadağan edilir. Hacı Əlikram Bakı və Nardaranda İmam Xomeyni(r.ə)-ə təqlid edənlərin rəhbərliyini öz üzərinə götürür. Sovet İttifaqının süqut etməsi və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra 1992-ci ildə Azərbaycan İslam Partiyasını təsis edir. Hacı Əlikram Əliyev Sovet İttifaqı zamanı dini təmayüllərinə görə bir çox ictimai hüquqlarından məhrum edilir. Sovet İttifaqının süqut etməsi və Heydər Əliyevin hakimiyyətə gəlməsinin ardınca 1996-cı ildə həbs olunan Hacı Əlikram uzun illər həbsdə işgəncələrə məruz qalır. Şəkər xəstəliyindən əziyyət çəkən Hacı Əlikramın səhhəti həbsdə olduğu müddət ərzində daha da pisləşir və vaxtında müalicə olunmadığı üçün gözlərində ciddi narahatlıq yaranır. İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra azadlığa buraxılan Hacı Əlikram dini fəaliyyətlərini, mübarizələrini və ifşaçılıqlarını davam etdirir. Qərb demokratiyasını əhəmiyyətsiz hesab edən Əlikram ölkədə İslam qanunlarının bərqərar edilməsini istəyir. Biz fəxr edirik ki, Hizbullah mücahidləri ilə yanaşı sionistlərə qarşı mübarizə aparırıq. Biz İlham Əliyev hökumətinə xəbərdarlıq edirik ki, İsrailin Bakıdakı səfirliyini bağlasın. Əgər bu işi görməsə, xalq özü bunu edəcək-deyə mərhum Hacı Əlikram qeyd edərdi. Hacı Əlikram Nardarani bu gün gözlərini fani dünyaya yumaraq, əbədiyyətə qovuşub. Onun dəfn mərasimi sabah Nardaran qəsəbəsində keçiriləcək. Allah Rəhmət eləsin.  


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2011-03-17 17:54:26 | Kateqoriya: Azərbaycan | İzlənilib: 471 | Bəyənib: 1