Bazar Ertəsi 25 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Həsibə şəhəri azad edildi

İraqlı qüvvələr Rəmadi şəhərinin 7 kilometrliyində yerləşən 30 min nəfər əhalisi olan Həsibə şəhərini azad ediblər. Beynəlxalq Səhər Kanalının məlumatına görə, İraq ordusunun Əl-Ənbar vilayətindəki qüvvələrinin bir komandanı deyib: İraq ordusu xalq qüvvələri və yerli qəbilə sakinlərinin dəstəyi ilə həyata keçirdiyi əməliyyat zamanı Həsibə şəhərini azad edə bilib.
Ötən çərşənbə günü İŞİD terrorçuları tərəfindən ələ keçirilən 30 min nəfərlik Həsibə şəhərinin işğaldan azad edilməsi Rəmadi şəhərinin azad edilməsi üçün bir müqəddimə və hazırlıq sayılır.
İraqın Müdafiə Nazirliyi isə bildirib ki, Rəmadinin şərqində yerləşmiş qüvvələri gücləndirmək üçün bir neçə zirehli dviziya bölgəyə ezam olunub.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 17:40:15 | Kateqoriya: Dünya | İzlənilib: 582 | Bəyənib: 0