Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Həsən Ruhani: Elmi və hərbi sirlərə giriş icazəsi verməyəcəyik!

İran İslam Respublikası prezidenti deyib: Heç vaxt hansısa tərəfə İranın elmi və hərbi sirlərinə giriş icazəsi verəcək bir anlaşmanı imzalamayacağıq. Beynəlxalq Səhər Kanalının verdiyi məlumata görə, İran İslam Respublikası Prezident Administrasiyasının rəsmi informasiya saytının verdiyi məlumata görə, cənab Həsən Ruhani Şərqi Azərbaycan vilayətinin idarəetmə şurasının iclasında deyib: İran xalqına söz verirəm ki, bu gün bu müzakirələrin şahidi olan və sabah ona müraciət edəcək olanlar texniki, hüquqi və ədliyyə mövzuları ilə bağlı gündəmə gətirilən məsələlərə görə qürur və fəxarət hiss edəcəklər. Və müzakirə masası arxasında İran xalqını təmsil edənlər və diplomatlara görə qürur duyacaqlar.
Cənab Həsən Ruhani əlavə protokolun icrasına nəzarətin Tehranın əlində olacağını və İranın qırmızı xətlərinə riayətin ediləcəyini bildirib və deyib: Bu gün dünyanın 124 ölkəsi bu protokolu imzalayıb. Çünki, protokollar beynəlxalq qaydalara şamil olur.
İran prezidenti daha sonra hökumətin İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərini izlədiyini bildirib və deyib: Quruluşun prinsipləri və qırmızı xətlərini diqqət mərkəzində saxlamalıyıq. Bizim müzakirələrimiz qırmızı xətlər çərçivəsindədir. Uranın zənginləşdirilməsinin davam etdirilməsi kimi məsələlər də bu qırmızı xətlərdəndir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 17:56:44 | Kateqoriya: İran | İzlənilib: 263 | Bəyənib: 0