Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

General-mayor Esmaili: ZRS hər bir hədə ilə mübarizəyə hazırdır

İran İslam Respublikası Ordusunun Xatəmulənbiya(s.ə.s.) Zenit Raket Sistemi(ZRS) qərargahının komandanı deyib ki, vahid ZRS sistemi ehtimal olunan hər cür hədə ilə mübarizə və müdafiəyə hazırdır. Səhər kanalının məlumatına görə, İran İslam Respublikası Ordusunun Xatəmulənbiya(s.ə.s.) ZRS qərargahının komandanı general-mayor Fərzad Esmaili bu gün İraqın Qərb əməliyyat məntəqəsindən baxış keçirərkən əlavə edib: Gözlənilməz vəziyyətlər və böhranlı şərait yaratmaqla Xəndab nüvə mərkəzinin Zenit Raket Sisteminin bir hissəsi əməliyyat baxımından dəyərləndirildi.
General-mayor Esmaili Xəndab nüvə mərkəzində yerləşmiş bölmələrin tam hazırlığı və sayıqlığını yüksək dəyərləndirərək, bu planın icrasında məqsədi, həssas və həyati məntəqələrin Zenit Raket Sistemlərinin fəaliyyətlərinin əməliyyat cəhətdən dəyərləndirilməsi adlandırıb və bildirib ki, bu plan işçilərin gözlənilməz hədələrlə mübarizə hazırlığının artırılması və təhdidlərlə qarşılaşmada ZRS qüvvələrinin qəflətə qapılmalarının qarşısını almaq üçün həyata keçirilir.
Bu məlumata görə, həmin planda bir neçə pilotsuz təyyarə xəyali düşmən olaraq hücumçu qüvvə kimi tam şəkildə gözlənilməz surətdə və qəflətəsalma prinsipinə əsasən, nəzərdə tutulan əməliyyat məntəqəsinə yaxınlaşmaq niyyətində olubdur ki, Xəndab nüvə mərkəzinin radar sistemləri və ZRS-in sayıqlığı ilə tam şəkildə məhv ediliblər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 16:08:12 | Kateqoriya: İran | İzlənilib: 409 | Bəyənib: 0