Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

General Hacızadə: İranın hərbi mərkəzlərində təftiş aparmaq, casusluqdur

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Aviasiya və Kosmonavtika Qüvvələri komandanı İranın hərbi mərkəzlərinə baxışın keçirilməsini casusluq adlandırıb. Beynəlxalq Səhər Kanalının məlumatına görə, general Əmir Əli Hacızadə cümə axşamı "Pasdar Günü" münasibətilə xarici ölkələrin Tehrandakı hərbi attaşeləri ilə görüşdə deyib: Regiondakı cinayətlərin arxasında duran əsas oyunçu ABŞ-dır.
Sepah-ın Aviasiya və Kosmonavtika Qüvvələri komandanı əlavə edib: amerikalılar İngilis-Sionist plan əsasında və Ərəbistan başda olmaqla regionun ərəb ölkələrinin pulları hesabına nəhs mənafeləri ardıncadırlar. Amma, bu, sonda onların özünü də bataqlığa sürükləyəcək.
General Hacızadə azğın vəhşilik qarşısında heç bir ölkənin sığortalanmadığını bildirib və deyib: Amerika regionda vasitəçi müharibənin genişləndirilməsi ardıncadır və aldadıcı bir hərəkətdə İŞİD-ə qarşı beynəlxalq koalisiya yaratsa da, İŞİD-in məhv edilməsini istəmədiyini gizlətmir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 11:07:00 | Kateqoriya: İran | İzlənilib: 216 | Bəyənib: 0