Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

FAO-nun mükafatı İrana çatdı

Səhər TV, xəbərlər- İran İslam Respublikası aclıqdan əziyyət çəkən şəxslərin sayının azalması ilə bağlı minillik inkişafın ən mühüm və birinci hədəfinə çatmaqla BMT-nin Ərzaq və Əkinçilik Təşkilatı- FAO-nun mükafatını qazanmağa müvəffəq olub.


IRNA-nın məlumatına görə,  BMT-nin Ərzaq və Əkinçilik Təşkilatının baş direktoru Xose Qratisano Da Silva FAO-nun fəxri diplomunu  İran İslam Respublikasının bu təşkilatdakı səfiri və daimi nümayəndəsi Seyid Əminullah Təqəviyə təhvil verib.
İran İslam Respublikası ötən iki onillikdə təsirli siyasət və addımlar həyata keçirərək, ölkədə yaxşı qidalanmamadan əziyyət çəkən şəxslərin sayını azaltmağa müvəffəq və beləliklə minillik inkişafın qida təhlükəsizliyinin olmaması, aclıq və yoxsulluğun aradan götürülməsi üzrə ən mühüm və birinci hədəfinə nail olubdur.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-12-02 15:32:03 | Kateqoriya: Səhiyyə | İzlənilib: 295 | Bəyənib: 0