Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Fəllucədə 20-dən çox terrorçu öldürüldü

İraqın Hizbullah batalyonları bu gün Fəllucənin cənub-şərqində İŞİD-in hücumunu dəf edərək 20 terrorçunu öldürüb. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraqın Hizbullah batalyonları bildiriblər: Terrorçular Fəllucənin cənub-şərqinə hücum etməklə Fəllucənin mühasirəsini yarmağa çalışıblar. Lakin Hizbullah batalyonlarının müqaviməti ilə ağır məğlubiyyətlə geri çəkiliblər.
Bu döyüşdə çoxlu sayda İŞİD terrorçusu da yaralanıb.
Əl-Anbar vilayətinin Fəllucə şəhəri 1 ildən çoxdur ki, İŞİD-in nəzarətindədir və xalq və təhlükəsizlik qüvvələri İŞİD-çilərə mühasirəni daha da daraldıblar.
Bici Neftayırma zavodu da İŞİD terrorçuları ilə xalq könüllü qüvvələri arasında döyüşlərin şahididir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-05 11:28:16 | Kateqoriya: Səhiyyə | İzlənilib: 349 | Bəyənib: 0