Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Fələstinliləri İsrail qarşısında birliyə çağırış

Fələstinin qanunvericilik məclisinin sədri bütün fələstinli qrupları sionist rejim qarşısında mübarizə üçün birliyə səsləyib. Beynəlxalq Səhər Kanalının məlumatına görə, Əhməd Bəhr cümə günü deyib: Fələstin Özünüidarə Təşkilatı sionist rejim ilə mənasız saziş müzakirələrini tamamilə dayandırmalıdır.
Bəhr saziş müzakirələrini İsrail rejiminin cinayətləri üçün bir örtük adlandırıb və deyib: Sionist rejim davamlı olaraq irqçi ayrıcı divar çəkmək, qanunsuz qəsəbələr salmaq, Beytül-Müqəddəsin ictimai tərkibini dəyişmək və onu yəhudiləşdirməklə məşğuldur.
Fələstinin qanunvericilik məclisinin sədri əlavə edib: Bütün fələstinli müqavimət qrupları sionist rejimin cinayətləri qarşısında birləşməli və birgə formada mübarizə aparmalıdırlar. Yalnız belə olacağı təqdirdə Beytül-Müqəddəsin paytaxt olması ilə müstəqil Fələstin ölkəsinin qurulması mümkün olacaq.
Bəhr həmçinin İsrail Knessetinin yeni nazirlər kabinetinə etimad rəyi verməsini Fələstin xalqına qarşı müharibə elanı adlandırıb.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-16 08:28:31 | Kateqoriya: Fələstin | İzlənilib: 162 | Bəyənib: 0