Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ermənistan ordusu əsgərini itirdi

Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 19 yaşlı erməni əsgər Albert Emiloviç Safaryan ötən gün saat 20:40-da döyüş postunda ölümcül yara alıb. Ermənistan tərəfi ölüm faktı ilə bağlı təhqiqata başladığını bildirir. Qeyd edək ki, bir qədər bundan əvvəl erməni ordusu cəbhədə 24 yaşlı Tiqran Simonyan adlı hərbi qulluqçusunu itirmişdi. T. Simonyanın da xidmətdə olarkən ölümcül yara aldığını bildirilirdi. Bu arada Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 55 dəfə pozub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-28 12:25:51 | Kateqoriya: Qarabağ | İzlənilib: 280 | Bəyənib: 0