Çərşənbə 18 Oktyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Elmar Məmmədyarov: "Əminliklə deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi yaxın gələcəkdə həll olunacaq”

"Ermənistan rəhbərliyinə də sağlam düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır" Beynəlxalq Səhər Kanalının APA-ya istinadla verdiyi məlumata görə bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda nikbinlik üçün əsasların olduğunu deyib: “Dağlıq Qarabağ münaqişəsi hazırkı vəziyyətdə qala bilməz. Problemin həlli üçün beynəlxalq hüquqi baza, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bütün ölkələr BMT-nin tərkibinə daxil olarkən təşkilatın qətnamələrinə əməl edəcəyinə dair öhdəliklər götürür. Ermənistan isə bu öhdəliyi yerinə yetirmir. Lakin, Ermənistan rəhbərliyinə də sağlam düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır. Ermənistan rəhbərliyində olacaq sağlam düşüncəli insanlar başa düşəcəklər ki, indiki Ermənistan rəhbərliyinin gələcəyə baxışdan məhrum olaraq yürütdüyü siyasət özünü doğrultmamışdır. Ermənistanın indiki rəhbərliyinin uzaqgörən olmayan siyasətinin nəticəsidir ki, bu ölkə Cənubi Qafqazda həyata keçirilən bütün layihələrdən təcrid olunub. Əminliklə deyirəm ki, münaqişə yaxın gələcəkdə həll olunacaq”.
E.Məmmədyarov həmçinin deyib: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nə olursa olsun, həll edəcək. Çünki həlli mümkün olmayan münaqişə yoxdur”.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 19:25:07 | Kateqoriya: Azərbaycan | İzlənilib: 664 | Bəyənib: 0