Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

E.Məmmədyarov: “Avropa İttifaqı Ermənistan-Azərbaycan münaqişəsinə dair qəti mövqe bildirməlidir”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Riqada latviyalı həmkarı ilə görüşdə bildirib ki, Avropa İttifaqı Qaarabağ münaqişəsinə dair qəti mövqe bildirməlidir. APA-nin məlumatına görə, E. Məmmədyarov Avropa İttifaqına sədrlik edən Latviyadan istəyib ki, digər münaqişə məsələlərində olduğu kimi Ermənistan-Azərbaycan münaqişəsinə dair Avropa İttifaqının qəti mövqeyi olsun.
Nazir deyib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Azərbaycan Avropa ilə starteji əməkdaşlığa malik olsa da, bu günədək Qarabağın ədalətli həllinə yardımçı olmayıb.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-16 08:56:12 | Kateqoriya: Qarabağ | İzlənilib: 273 | Bəyənib: 0