Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Dağlıq Qarabağda erməni hərbçi öldürülüb

Dağlıq Qarabağda daha bir erməni hərbçi öldürülüb. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, ölən şəxsin 20 yaşlı Arsen Karapetyan olduğu bildirilir. O, döyüş postunda aldığı güllə yarasından ölüb. Bu arada Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Sloveniya Milli Şurasının prezidenti Mitya Bervarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu və bütün dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli olduqlarını bildirib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-03-04 10:35:35 | Kateqoriya: Qarabağ | İzlənilib: 311 | Bəyənib: 0