Bazar Ertəsi 25 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Cibuti İranın yardımlarını daşıyan təyyarənin enişinə qarşı çıxıb

Cibuti İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin Yəmən xalqına olan humanitar yardımlarını daşıyan təyyarənin enişinə icazə verməyib. Səhər kanalının məlumatına görə, İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin sədr müavini deyib: BMT və Ümumdünya Qida Proqramı ilə koordinasiyaya rəğmən, Cibuti İranın Qırmızı Aypara Cəmiyyətinin humanitar yardımlarını daşıyan təyyarənin enişinə icazə verməyib.
Məhəmməd Şəhabəddin Məhəmmədi İraqi deyib: Bu təyyarə hazırda İranın Çabahar liman şəhərində yerə enib və ona yardım yükünü çatdırması üçün Cibutiyə eniş icazəsinin verilməsini gözləyir.
Belə bir halda, İranın "Nicat" gəmisinin məsul şəxsi Əlirza Təhami deyib: "Nicat" gəmisinin Yəmən xalqına olan humanitar yardım yükü bu gün Cibuti limanında Ümumdünya Qida Agentliyinə təhvil veriləcək. Ümumdünya Qida Agentliyi üzərinə öhdəlik götürüb ki, maksimum iyunun beşinədək bu yükü Yəmənin Hədidə limanına köçürsün.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 17:52:48 | Kateqoriya: İran | İzlənilib: 540 | Bəyənib: 0