Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Cəlilabadda Qarabağ qazisi özünü yandırdı

Dünən axşam Cəlilabad rayonu polis idarəsinin qarşısında Qarabağ müharibəsi və 20 yanvar iştirakçısı Mürsəlov Mirtahir Miradil oğlu özünü yandırıb. Səhər beynəlxalq telekanalının QAZİLER.AZ saytına istinadlı məlumatına görə, bu barədə özünə qəsd edən müharibə veteranının qardaşı Mürsəlov Mirkamil məlumat verib. Onun sözlərinə görə, qardaşının özünə qəsd etməsinə səbəb, rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub.
M.Mirtahir Bakı şəhərindəki 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirlib. Həkimlər M.Mirkamilə bildiriblər ki, xəstənin yaşmaq şansı yoxdur. Hadisə ilə bağlı döyüşçünün həyat yoldaşı Mahirə xanım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə teleqram da vurub.
Xatırladaq ki, bir neçə gün əvvəl Cəlilabad rayonunda daha bir intihar hadisəsi baş vermişdi. Qarabağ müharibəsi əlili Həsən Abidinov özünü asaraq intihar etmişdi.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 10:12:14 | Kateqoriya: Azərbaycan | İzlənilib: 357 | Bəyənib: 0