Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Cəbhədə atəş səsləri kəsilmir

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 76 dəfə pozublar. Səhər beynəlxalq telekanalının FaktXəbər-ə istinadla verdiyi məlumata görə,
Ermənistan Respublikasının Noyemberyan rayonunun İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində yerləşən
Azərbaycan Respublikası mövqeləri atəşə tutulub.
Bu xəbəri yayan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu respublikanın Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqeləri atəşə məruz qalıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 10:11:13 | Kateqoriya: Azərbaycan | İzlənilib: 178 | Bəyənib: 0