Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Bu gün İmam Hüseyn(ə)-ın mövlud günüdür

İslami İran şiələrin 3-cü imamı həzrət İmam Hüseyn(ə)-ın miladı axşamı və günündə şənlik və sevinc içindədir. 22 may 2015-ci il, 3 şaban 1436-ci hicri qəməri ili İmam Hüseyn(ə)-ın səadətli mövludunun ildönümü günüdür. Elə bu münasibətlə İranda, müqəddəs Məşhəd şəhərində İmam Rza(ə)-ın pak məqbərəsində Əhl Beyt(ə) aşiqlərinin geniş iştirakı ilə xüsusi mərasimlər keçirilir.
Qum şəhəri də bu gün münasibətilə şənlik və sevinc içindədir. İnsanlar həzrət Fatimə Məsumənin(s.ə) pak məqbərəsinə üz tutaraq, bu əziz günü qeyd edirlər.
Xatırladaq ki, İmam Hüseyn(ə)-ın mövlud günü İranda "Pasdar"(Keşikçi) günü kimi qeyd olunur.
İran İslam İnqilabının banisi həzrət İmam Xomeyni(r.ə) İmam Hüseyn(ə)-ın mövlud günün "Keşikçi" günü elan etməklə o həzrətin izzəti, azadəliyi və bəsirətinin onun şiələri üçün bir nümunə olaraq yaşadılmasına çalışıb.
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı bu əziz gün münasibətilə dünya müsəlmanları və azad insanları təbrik edir.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 12:12:19 | Kateqoriya: İran | İzlənilib: 401 | Bəyənib: 0