Cümə Axşamı 27 Iyul 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Bu gün Həzrət Əbülfəzl Abbas(ə)-ın mövlud günüdür

Bu gün 4 şaban(23 may) Həzrət Əbülfəzl Abbas(ə)-ın mübarək mövlud günüdür. Həzrət Əbülfəzl Abbas hicrətin 26-cı ilində, şaban ayının 4-də Mədinə şəhərində dünyaya göz açır. Atası İmam Əli(ə) və anası Ümmülbənin idi. Ümmülbənin xanım Fatimənin vəfatından sonra İmam Əli(ə)-ın həyat yoldaşı olmaq şərəfinə nail olmuşdu. Əbülfəzl ləqəbi ilə məşhurlaşan Abbas ibn Əli(ə) elm və bilikdə yüksək dərəcələrə nail olmuşdu və insanlar bir çox halda elmi məsələlərlə bağlı ona müraciət edərdilər.
Əbülfəzl, Səqqa, Bəni Haşimin Qəməri və Babül-Həvayic o həzrətin məşhur ləqəbləri idi.
Həzrət Əbülfəzl Abbas(ə)-ın mövlud günü İran İslam Respublikası təqvimində "Canbaz"(veteran) günü olaraq qeyd olunur. İslami İran o həzrətin mübarək mövludu axşamı və günündə müqəddəs məkanlara müraciət edərək, bu əziz günü bayram edir.
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı olaraq Həzrət Əbülfəzl Abbas(ə)-ın mübarək mövlud günü münasibətilə dünya müsəlmanları və azadələrini təbrik edirik.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 12:02:36 | Kateqoriya: Dünya | İzlənilib: 867 | Bəyənib: 0