Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

BMT rəsmisi: İsrail cinayətkardır

BMT-nin işğal olunmuş Fələstindəki insan haqları nümayəndəsi İsraili cinayətkar adlandırıb. Səhər kanalının məlumatına görə, BMT-nin işğal olunmuş Fələstindəki insan haqları nümayəndəsi Riçard Falk Fələstninin Əlrisalə qəzeti ilə müsahibədə İsrailin regionda sülh istmədiyini bildirərək, deyib ki, Qərbin sionist rejimin cinayətləri qarşısında susmasının dəlili bu rejimin maraqlarının qorunmasıdır.
O, İsrailin Fələstin Muxtariyyəti ilə saziş müzakirələrində maneçilik törətməsinə toxunaraq, bildirib ki, Amerika bir vasitəçi kimi daim İsraili dəstəkləyib.
BMT-nin işğal olunmuş Fələstindəki insan haqları nümayəndəsi belə qeyd edib: Saziş prosesi İsrailə daha artıq fürsət verir ki, Fələstin xalqına qarşı cinayətlərini davam etdirsin və Qüdsün yəhudiləşdirilməsi istiqamətində hərəkət etsin və saziş prosesi əslində müstəqil Fələstin ölkəsinin təşkilinə mane olur.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-07 18:39:09 | Kateqoriya: Fələstin | İzlənilib: 217 | Bəyənib: 0