Çərşənbə Axşamı 25 Iyul 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

BMT bir daha sionistlərin qəsəbəsalma siyasətini qınadı

BMT cümə günü bir daha Qərb Sahilində yəhudi sakinli qəsəbələrin salınmasını qeyri-qanuni hərəkət adlandırıb və onu pisləyib. Beynəlxalq Səhər Kanalının məlumatına görə, BMT baş katibi Ban Ki Mun cümə günü bir bəyanat yayaraq, İsrailin Qərb Sahilində qanunsuz qəsəbəsalma siyasətini davam etdirməsini qınayıb və vurğulayıb: Təl-Əvivin bu hərəkəti beynəlxalq qanunlara ziddir və İsrail bu siyasəti davam etdirməməlidir.
Ban Ki Mun əlavə edib: Beynəlxalq ictimaiyyət heç vaxt İsrailin birtərəfli hərəkətlərini rəsmən tanımayacaq. Bu reallığı qəbul etmək lazımdır ki, Beytül-Müqəddəsin beynəlxalq hüquqi statusu yalnız müzakirə və dialoq yolu ilə həll ediləsidir.
Sionistlərin qəsəbəsalma siyasəti əleyhinə fəaliyyət göstərən "Sülh İndi" təşkilatı da cümə günü bildirib ki, Təl-Əviv Qərb Sahilində 85 yeni mənzilin inşası barədə göstəriş verib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-16 10:08:47 | Kateqoriya: Fələstin | İzlənilib: 231 | Bəyənib: 0