Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Bakı-Moskva marşrutu üzrə uçan AZAL təyyarəsində həyəcanlı anlar

Mayın 21-i saat 11:00-da Bakı-Moskva marşrutu üzrə AHY-852 reysini yerinə yetirən «Boinq-757» təyyarəsində hidrosistemlərin birində təzyiq düşüb. Buna görə təyyarə aeroporta qayıdıb. Bu haqda «Azərbaycan Hava Yolları» QSC-nin məlumatında deyilir. Məlumatda bildirilir ki, eniş uğurlu olub. Xəsarət alanlar yoxdur: «Belə nasazlıqla təyinat məntəqəsinə kimi uçuş mümkün idi. Ancaq nasazlığın uçuşdan dərhal sonra yaranmasını nəzərə alsaq, kapitan tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş həyata keçirmək qərarı qəbul edilib».
Nasazlığın səbəblərini AzAL-ın xüsusi komissiyası araşdıracaq.
Sərnişinlər ehtiyat təyyarə ilə Moskvaya göndəriliblər.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 14:40:18 | Kateqoriya: Azərbaycan | İzlənilib: 203 | Bəyənib: 0