Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə çatıb, 50 nəfər xəsarət alıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bu gün səhər Bakıda bir yaşayış binasında baş verən yanğında ölənlərin sayının 16 nəfər, xəsarət alanların sayını isə 50 nəfər elan edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində həlak olanlardan ikisi boğulma nəticəsində dünyasını dəyişib və azyaşlı olub.
O, qeyd edib ki, xilasedici qüvvələr altı nəfəri alovlardan xilas edə biliblər, xilasetmə əməliyyatı davam edir. Ölənlərin və xəsarət alanların sayının bundan da yuxarı olması ehtimalı var. Bu binada 54 mənzil mövcuddur və sakinlərin bir çoxu onun içində ilişib qalıb.
Qeyd edək ki, bu gün səhər Bakının Azadlıq prospektində plastik örtüklü 16 mərtəbəli bir binada yanğın baş verib və alov bütün binanı bürüyüb. Yanğının söndürülməsi üzrə səylər davam edir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 16:06:44 | Kateqoriya: Azərbaycan | İzlənilib: 220 | Bəyənib: 0