Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Bakıda İranın yeni klinikası fəaliyyətə başlayıb

Səhər TV, xəbərlər, İran—İranın Bakıdakı yüksək ixtisaslı klinikasının açılış mərasiminin kənarında bu klinikanın rəhbəri İRNA-ya verdiyi müsahibədə deyib: Bu klinika 30 milyon dollardan yuxarı investisiyanın yatırılması və iranlı mütəxəssis həkimlərin bir qrupunun iştirakı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin icazəsi ilə Bakı şəhərində ixtisaslı şəkildə tibbi xidmətlərin təqdim olunması məqsədilə fəaliyyətə başlayıb.

Doktor Seyid Məhəmməd Muinifərdin sözlərinə görə, bu mərkəzdə tibbi xidmətlər çərşənbə günündən başlanıb və eyni zamanda 20-dən çox mütəxəssis iranlı həkim bu klinikada xəstəliklərə diaqnoz qoyur.

Muinifərdin bildirdiyinə görə, 2 min kvadratmetrdən çox əraziyə malik Təbriz Mehr yüksək ixtisaslı klinika müxtəlif analizlər, fizioterapiya, sonoqrafiya, endoskopiya və laboratoriya şöbələrinə müraciət edənlərə və xəstələrə ehtiyac duyulan tibbi xidmətləri göstərə bilər.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2012-09-09 20:50:58 | Kateqoriya: Azərbaycan | İzlənilib: 10313 | Bəyənib: 21