Çərşənbə 18 Oktyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

BƏT: Qəzzənin dağılmış mənzilləri bərpa olunmayıb

Beynəlxalq Əmək Təşkilatı(UNRWA) bildirib ki, ötən yayda İsrailin hücumlarında dağılmış mənzillərin heç biri bərpa edilməyib. Səhər kanalının məlumatına görə, Səma informasiya agentliyi bu gün UNRWA-nın bəyantına istinadla bildirib: İsrailin 2014-cü ildəki hücumlarında 9 min mənzil tam və 120 min mənzil də cüzi şəkildə dağılıb və bu 9 min mənzildən hətta birisi belə, bərpa edilməyibdir.
UNRWA-nın bəyanatında deyilir: Cüzi surətdə dağılmış 120 min mənzilin yarısı bərpa olunub və UNRWA ümid edir ki, mənzillərin digər yarısı tez bir zamanda bərpa ediləcək.
Bu bəyanata görə, fələstinlilər hələ də öz mənzillərinin bərpası üçün lazımi büdcə almaq intizarındadırlar.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 18:03:38 | Kateqoriya: Fələstin | İzlənilib: 559 | Bəyənib: 0