Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Bəhreyn xalqı hakim rejim əleyhinə aksiya keçirib

Bəhreyn vətəndaşları ölkənin müxtəlif məntəqələrində Ali-Xəlifə rejiminin siyasətləri əleyhinə aksiya təşkil ediblər. Manama Post xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreyn xalqı ötən həftələrdə olduğu kimi bu gün də cümə namazından sonra bir daha hakim rejim əleyhinə ölkə səviyyəsində aksiyalar təşkil edərək, 14 fevral inqilabının qələbəyə kimi davam etdiriləcəyinə təkid ediblər.
Bəhreyn İnqilabçıları Koalisiyasının dəvəti ilə keçirilən bu etiraz aksiyası paytaxt Manama, Sitrə adası və Tubla şəhərində dinc formada keçirilib. Aksiya iştirakçıları Ali-Xəlifə rejiminin zindanlarında olan inqilabçılar ilə öz həmrəyliklərini elan edib və qələbəyə kimi mübarizənin davam etdiriləcəyini vurğulayıblar.
Ali-Xəlifə rejiminə bağlı qüvvələr isə Tubla şəhərində aksiya iştirakçılarına hücum ediblər ki, bu da qarşıdurmaya səbəb olub.
Bəhreyn 2011-ci ilin 14 fevralından Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 19:13:08 | Kateqoriya: Dünya | İzlənilib: 260 | Bəyənib: 0