Çərşənbə 20 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Bəhreyn alimləri insan haqları təşkilatlarına müraciət etdilər

Bəhreyn alimləri Ali-Xəlifə rejimi təhlükəsizlik rəsmilərinin Cəvv mərkəzi həbsxanasındakı cinayətlərinin araşdırılmasını istəyiblər. Səhər Beynəlxalq Televiziyasının Manama Post xəbər portalına istinadla verdiyi məlumata görə, Bəhreyn alimləri bazar ertəsi günü bəyanat yayaraq Cəvv mərkəzi həbsxanasında siyasi məhbuslara qarşı hakim rejimin cinayətlərini pisləyib və insan haqları təşkilatlarından xüsusi işgəncə üzrə ekspertinin bu həbsxana barədə hesabat hazırlaması üçün ezam etmələrini istəyiblər.
Bəhreyn alimləri bəyanatda məhbuslarla həmrəyliyini elan edib və bildiriblər ki, bu həbsxanada mütəşəkkil işgəncə, repressiya və döyülən şəxslərin yeganə cinayəti xalqın hüquqlarını qoruması və onları tələb etməsidir. Döymək, asılı saxlamaq, elektroşok vurmaq, cinsi təcavüz, əl və gözləri bağlı şəkildə məhbusu ayaq üstə saxlamaq Ali-Xəlifə rejimi həbsxanalarındakı işgəncələrdəndir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-03-16 19:55:25 | Kateqoriya: Səhiyyə | İzlənilib: 384 | Bəyənib: 0