Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycanlı tələbələr Xocalı soyqırımı ilə əlaqədar konfrans keçirib

İranın Qum şəhərində təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirib. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Konfransın təşəbbüskarı "Məhəmmədin (s) Maarifi İşığımda" Elmi İcmasıdır. Konfransda Afrika, Asiya və Avropa ölkələrininin tələbələri iştirak edib. Azərbaycanlı tələbələrin islamazeri.az-a verdiyi xəbərə görə, konfransda Xocalı soyqırımı haqda təfərrüatlı məlumatlar, şəkillər və videolar təqdim edilərək xarici vətəndaşları ermənilərin cinayəti ilə tanış edilib və Azərbaycan xalqına qarşı törədilmiş soyqırım barədə məlumatlandırılıblar. Konfransda Afrika tələbələrinin nümayəndəsi Höccətülislam Zul Kifl Konqoi, azərbaycanlı tələbə Seyid Əliyar Fətullayev, Qarabağ müharibəsinin canlı şahidi Höccətülislam Bəxtiyar Bayramov və Hacı Nəsimi Əskərov çıxış edib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-03-02 16:55:12 | Kateqoriya: Qarabağ | İzlənilib: 292 | Bəyənib: 0