Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycan prezidenti Bakıda çoxmərtəbəli binada yanğının baş verdiyi ərazidə olub

Azərbaycan Respublikası prezidenti İlham Əliyev mayın 20-də Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada yanğının baş verdiyi ərazidə olub. APA-nın məlumatına görə, prezident faciənin nəticələrinin aradan qaldırılması, hadisə nəticəsində zərərçəkənlərə hər cür yardımın göstərilməsi ilə bağlı lazımi tapşırıqlar verib.
“Prezident tapşırıb ki, bütün binalara mühafizəçi qoyulsun”- Bakı meri


Bakı meri Hacıbala Abutalıbov jurnalistlərə hadisə ilə bağlı açıqlama verib. Abutalıbov bildirib ki, prezident İlham Əliyev tapşırıq verib ki, bütün binalara mühafizəçi qoyulsun. Bakıda bu üzlüklə üzlənmiş 140 bina var. Hamısından nümunə götürüləcək. Ekspertizanın qərarından sonra onların sökülüb-sökülməyəcəyinə qərar veriləcək. Sabah axşam ekspertizanın rəyi bəlli olacaq. Bu binada olan üzlüklər 146 dərəcədə yanır. Amma 546 dərəcədə yanmalıdır. O material baha olduğu üçün ucuz üzlük vurublar. Ekspertiza həmin üzlüklərin insan həyatına ziyanlı olub olmaması ilə bağlı qərar verəcək”.

Daha sonra Bakı meri qeyd edib ki, faciədə 15 nəfər həlak olub, ağır vəziyyətdə olan yoxdur:


Bu arada Bakı 2015 Avropa oyunları münasibətilə Şəmkirdə planlaşdırılan "Alov festivalı" dünən Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar ləğv olunub.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-20 12:26:56 | Kateqoriya: Azərbaycan | İzlənilib: 280 | Bəyənib: 0